Azərbaycan millisinin baş məşqçisi: "İndi güləşlə məşğul olan qızların sayı çoxdur"

Azərbaycan millisinin baş məşqçisi: "İndi güləşlə məşğul olan qızların sayı çoxdur"

Azərbaycanın qadın güləşi üzrə U-17 millisinin böyük məşqçisi Həsrət Məmmədyarov ölkə çempionatı, Türkiyədə hər il keçirilən “Zəfər Kuboku" və qarşıdakı planlardan danışıb.

“QELEBE.AZ” xəbər verir ki. mütəxəssis Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında hər bir yarışın qadın güləşinə böyük töhfə verdiyini söyləyib.

"Sözsüz, ölkə birinciklərinin gələcəkdə idmançılarımıza çox böyük xeyri dəyə bilər. Əvvəllər ordan-burdan 1-2 qız tapırdıq. Amma indi güləşlə məşğul olan qızların sayı çoxdur. Bu sayın mütəmadi olaraq artması və uşaqların inkişafı biz məşqçilərdən asılıdır", - deyə mütəxəssis bildirib.

O, Türkiyədə hər il keçirilən “Zəfər Kuboku” turnirində təmsilçilərimizin medal qazana bilməməsinə toxunub:

"Yarışa ölkə birinciliyinin qaliblərini aparmışdım. Astarada 40 kq-da yarış olmamışdı. Bu çəkidə yeganə idmançımız olan Günel Quliyevanı apardım, yoxladım. Ən çox ümid bəslədiyimiz güləşçilər Nəzrin Əhmədli, Esra Məmmədli və Fatimə Bayramova idi. Onların üçü də zədəli idilər. Yarışda sınadım ki, görüm ayyarımdan sonra Avropa çempionatında necə güləşəcəklər. Normal qiymətləndirə bilərəm. Bəziləri öz kateqoriyasında yox, bir çəki yuxarı güləşdi. İlk dəfə beynəlxalq yarışa çıxan qızlar da oldu. Təcrübə qazanmaları üçün bu turnirdə iştirak çox vacib idi. Etiraf edək ki, bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik. Fikrimcə, ölkədə qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq".

Böyük məşqçi iyunda keçiriləcək U-17 və U-15 Avropa çempionatlarına hazırlıq barədə danışıb:

"Federasiya rəhbərliyinə təşəkkür edirəm ki, yüksək səviyyədə hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Hazırda Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındayıq. Gözəl məşqlər keçir. Gündə 3 məşqimiz olur. Qadın güləşi üzrə koordinator Mariya Stadnik də bizimlədir. Demək olar ki, o da bizim bir məşqçimizdir. Hər şeydə kömək edir, məsləhət verir, birgə işləyirik. Əhval-ruhiyyəmiz də əladır. Belə toplanışlar çox olarsa, əminəm ki, gələcəkdə qadın güləşində çox böyük irəliləyiş olacaq".

H.Məmmədyarov son olaraq Avropa çempionatında hansı nəticəyə ümid etmələri barədə fikirlərini bölüşüb:

"İndi böyüklər və gənclərdən ibarət komandamız Qubada hazırlıq keçir. Məşqçilər korpusu olaraq bir araya gəlib, Avropa çempionatı üçün yekun heyəti müəyyənləşdirəcəyik. Vətənə medallarla qayıtmaq istəyirik. Bəzi güclü güləşçilərimizin U-20 yaş qrupuna keçməsi heyəti bir qədər zəiflətdi. Ötənilki heyətdən 2-3 nəfər qalıb. Onlara yeni simalar qoşulub. İnanıram ki, gələcəkdə əvvəlkindən də güclü nailiyyətlərə imza ata bilərik".

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Fərdi
Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Fərdi
Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşib

Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşib

Fərdi
Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Fərdi
Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək