Ağasəlim Mircavadov: "Veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb"

Ağasəlim Mircavadov: "Veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb"

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Minifutbol Federasiyasının təşkilatçılığı ilə ötən gün “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” komandaları arasında keçirilən “Legends Cup”la bağlı təəssüratlarını bölüşüb.

Mütəxəssis “Report”a açıqlamasında matçın çox möhtəşəm keçdiyini bildirib.

“Təşkilatçılara təşəkkürümü bildirirəm. Oyun çox möhtəşəm, aura böyük idi. Düşünürəm ki, dünya çempionatında azarkeşlərin stadiona gəlməsi daha rahat olacaq. Təəssüratlarım yaxşıdır, bəzi futbolçular var idi ki, 6-7 aydır görüşmürdük. Keçmiş dövrlərdən, oyunlardan bəhs etdik. Hər biri oynamaq istəyirdi. Hazırlaşmaq lazım idi. Hətta uşaqlara deyirdim ki, həftədə bir-iki dəfə yığışın, oynayın. Çünki matçdan əvvəl kollektiv şəkildə toplaşmaq üçün vaxt yox idi. Məşqçilər öz klublarında işləyirlər. Xoşuma gələn məqamlardan biri oyunun çox aqressiv keçməsi, futbolçuların istəkli olması idi. Həmçinin mübarizə zamanı yıxılanda bir-birilərinə kömak edib yerdən qaldırırdılar. Bu vacib amildir, mehribanlıq qalır”.

“Şöhrət” ordenli məşqçi meydana çıxanlardan heç kimi fərqləndirmək istəməyib:

“Oyundan əvvəl heç bir nəticə proqnozlaşdırmamışdım. Ancaq futbolla bağlı düşünürdüm. Nəticə üçün heç olmasa, 2-3 həftə çalışıb məşq etməlisən. Elə oyunçular var idi ki, işləri ilə əlaqədar 2-3 aydır futbol oynamırdılar. Heç kimi fərqləndirmək istəməzdim. Amma klublarda çalışanlar daha yaxşı formada idilər. Ümumilikdə yanaşma xoşuma gəldi”.

O, hakimliyə də toxunub:

“Düzdür, bəzən qərarlarından narazılıqlar olurdu. Amma görün neçə ildir idarəçilik etmirlər. Kənardan baxmaqla, meydanda olmağın fərqi böyükdür. Yenə də sağ olsunlar, öz amplualarında idilər”.

A.Mircavadov növbəti dəfə belə bir matçın olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb:

“Bizə bununla bağlı heç nə demədilər. Amma bu cür matçların tez-tez keçirilməsi vacibdir. Təqdirəlayiq fikirdir. Yəqin veteranlarla görüşəcəyik, şəraitə uyğun addımlar atacağıq. Çünki bəzilərinin vaxt məhdudiyyəti var, işdən ayrılıb gələ bilmirlər. Amma veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb. Bunu oyun zamanı da hiss etmək mümkün idi. Oyundan sonra hər birini təbrik etdim”.

Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə baş tutan matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Premyer Liqa məşqçiləri" daha dəqiq oynayıb - 3:2. “Neftçi 2000-lər”i Ağasəlim Mircavadov, “Premyer Liqa məşqçiləri”ni isə Kurban Berdıyev (“Turan Tovuz”) baş məşqçi kimi meydana çıxarıb.

Futbol
Frank Riberi karyerasını başa vurub

Frank Riberi karyerasını başa vurub

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Futbol
"Fənərbağça" legioneri ilə yollarını ayırıb

"Fənərbağça" legioneri ilə yollarını ayırıb

Futbol
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Futbol
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb