Fransalı forvardın evi qarət olundu
Fransa Liqa 1 təmsilçilərindən “Lion”un hücumçusu Aleksandr Lyakazett xoşagəlməz hadisə ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, təcrübəli forvardın evi “Anje” ilə keçirilən oyunu zamanı qarət olunub.
Liqa 1-in XXXIV turu çərçivəsində baş tutan qarşılaşma zamanı naməlum şəxslər futbolçunun evinə daxil olaraq, seyfi sındırıblar. Cinayətkarlar seyfdən külli miqdarda pul, qızıl-zinət əşyaları və bahalı dəri məmulatlarını oğurlayıblar.
Qeyd edək ki, Lyakazett həmin oyunda iki qol vuraraq dubl edib.

https://qelebe.az//uploads/photo/fransali-forvardin-evi-qaret-olundu.webp