Miroslav Kloze: "Mahir Emrelinin komandadan ayrılması münasibətimizi pozmur"

Miroslav Kloze: "Mahir Emrelinin komandadan ayrılması münasibətimizi pozmur"

Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin klubdan ayrılmasına münasibət bildirib.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis ötən gün II Bundesliqanın XXXIV turunda Ayntraxt" (Braunşveyq) kollektivinə qalib gəldikləri (4:1) görüşdə het-trik edən 27 yaşlı hücumçunun klubda qalmaq ehtimalının olmadığını söyləyib.

O, forvardla vidalaşdıqlarını söyləyib:

"Biz bundan geri dönməyəcəyik. Qərar çoxdan verilib. Mahirin böyük klublarda oynadığını, yüksək liqalarda hansı pulları qazandığını bilirik. Buna baxmayaraq, o, mənimlə işləməkdən çox xoşbəxt olacağı üçün yanıma gəlmək istədiyini söylədi. Amma nə qədər çalışsa da, zəhmət çəksə də, səmimi olmalıyıq. Yəqin ki, onu saxlamaq şansımız yox idi. Amma bu, bizim aramızda olan münasibəti pozmur".

Baş məşqçi Emreliyə sonuncu matçda şans verməsi barədə də danışıb:

"Bəzi futbolçular transfer dönəmində riskə getməmək üçün son qarşılaşmada oynamaya bilirlər. Amma mənim fərqli mentalitetim var. Düşünürəm ki, burada pul və sevgi qazanırsansa, hər zaman əlindən gələni etməlisən".

"Bild" nəşri Mahir Emrelinin də sözlərinə yer verib:

"Tək mən yox, ailəm, anam və hamımız şəhəri, stadionu, atmosferi və azarkeşləri çox sevirdik. Hamımız Nürnberq üçün darıxacağıq".

Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Futbol
“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

Futbol
Azərbaycanlı funksioner Rusiya klubunun idman direktoru olub

Azərbaycanlı funksioner Rusiya klubunun idman direktoru olub

Futbol
KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Futbol
Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Futbol
Xorvatiya 1/4 finala yüksəlib

Xorvatiya 1/4 finala yüksəlib

Futbol
"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Futbol
Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb