Premyer Liqa: "Qarabağ" bu gün "Kəpəz"lə üz-üzə gələcək

Premyer Liqa: "Qarabağ" bu gün "Kəpəz"lə üz-üzə gələcək

Misli Premyer Liqasının XXXV turunda bu gün ölkə çempionu "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək.

"QELEBE.AZ" xəbər verir ki, "Azərsun Arena"dakı oyun saat 19:00-da başlayacaq.

Görüşün final fitinin ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutacaq.

83 xala malik "köhlən atlar" qızıl medalları özü üçün təmin edib. 32 xalla səkkizinci olan Gəncə təmsilçisinin isə Premyer Liqada qalacağı ötən tur rəsmiləşib.

Günün ikinci matçı "Neftçi" və "Səbail" arasında gerçəkləşəcək. Qarşılaşma saat 17:00-da "Neftçi Arena"da başlayacaq.

"Ağ-qaralar" 40 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.

"Qarabağ" - "Kəpəz" oyununda olduğu kimi, bu görüşdə də qeydə alınacaq istənilən nəticə klubların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək.

Misli Premyer Liqası

IV dövr, XXXV tur

18 may

17:00. "Neftçi" – "Səbail"

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

“Neftçi Arena”

19:00. "Qarabağ" – "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov.

VAR: Rəşad Əhmədov.

AVAR: Əli Əliyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Azərsun Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
Poqba əməliyyat olunub

Poqba əməliyyat olunub

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Mundialların seçmə və final mərhələlərində ən çox qol vurmuş futbolçular bəlli olub

Mundialların seçmə və final mərhələlərində ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
Polşa növbəti sensasiyaya imkan verməyib

Polşa növbəti sensasiyaya imkan verməyib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
"Napoli" və "Atalanta"nın prezidentləri həbs oluna bilər

"Napoli" və "Atalanta"nın prezidentləri həbs oluna bilər

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub