“Sevilya” evdə 3 xala sevindi - 8 oyundan sonra
İspaniya La Liqasında XXXVI turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Sevilya" öz meydanında "Las Palmas"la üz-üzə gəlib.
Gərgin keçən oyunda azarkeşlər 1 qola şahidlik ediblər. Ev sahibləri rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
"Sevilya" bu nəticə ilə 8 oyundan sonra liqada aktivinə 3 xal yazmağı bacarıb.
İspaniya La Liqası
XXXVI tur
22:00. “Sevilya” - “Las Palmas” - 1:0

https://qelebe.az//uploads/photo/sevilya-evde-3-xala-sevindi-8-oyundan-sonra.webp