"Neftçi"nin baş məşqçisi: "Ümid edirəm ki, bu il UEFA Çempionlar Liqasında bəxt üzümüzə gülər"

"Neftçi"nin baş məşqçisi: "Ümid edirəm ki, bu il UEFA Çempionlar Liqasında bəxt üzümüzə gülər"

“Neftçi” klubunun qadınlardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov Azərbaycan çempionu olmaları və UEFA Çempionlar Liqasına vəsiqə qazanmaları barədə fikirlərini bölüşüb.

Mütəxəssis “Report”a açıqlamasında ötən il çempion olmalarına baxmayaraq, beynəlxalq yarışda uğursuzluqla üzləşdiklərini söyləyib.

O, cari mövsüm yalnız “Sumqayıt”la matçlarda müəyyən çətinliklər yaşadıqlarını bildirib:

“Bu dəfə çempionat bir qədər fərqli idi. Çünki komandaların sayı az idi. Bununla belə, son illər “Neftçi” klubunun rəhbərliyinin qadın futboluna yanaşması, yaxşı işlər görməsi bu çempionluğun əsas memarlarından biridir. Çempionatda “Sumqayıt”a qarşı oyunlarda müəyyən çətinliklər olurdu. Bununla belə, hər iki matçda rəqibimizə qalib gəldik. Sonda çempionluğu qazandıq. Önəmli olan da budur. Ötən mövsüm də çempionluğu qazanmışdıq. Amma təəssüf ki, UEFA Çempionlar Liqasında yaxşı işlər görə bilmədik. Ümid edirəm ki, bu il bəxt üzümüzə gülər, münasib qrupa düşərik. Daha önəmlisi ölkəmizə reytinq xalı qazandırarıq”.

S.Əsgərov bu il UEFA Çempionlar Liqasında əsas məqsədin qrupdan çıxmaq olacağını vurğulayıb:

“Ölkə çempionatında iki oyunumuz qalıb. Sonra komandaya istirahət verəcəyik. İyunda püşkatma olmalıdır. Rəqiblər müəyyənləşdikdən sonra rəhbərlik planlarla tanış olacaq. Yəqin ki, daha sonra təlim-məşq toplanışına başlayacağıq. Bu il komandanı daha yaxşı formalaşdırıb, istədiyimiz nəticəni qazanmaq istəyirik. Düşünmürəm ki, heyətdə çox dəyişiklik olacaq. Müəyyən mövqelərə oyunçular transfer edəcəyik. Qrup oyunları olacaq. Yalnız qrup qalibləri pley-off mərhələsinə yüksələcək. Bu mərhələdə qələbə qazanan komanda əsas mərhələyə yüksələcək. Əsas məqsədimiz qrupdan çıxmaq olacaq”.

Qeyd edək ki, 12 oyundan sonra 36 xal toplayan “Neftçi” AFFA Yüksək Qızlar Liqasının turnir cədvəlində ən yaxın izləyicisi “Sumqayıt”ı 10 xal qabaqlayır. 2024/2025 mövsümünün sonuna 3 tur qalıb.

Futbol
AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

Futbol
Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Futbol
"Bavariya" Çempionlar Liqasında rekord qırıb

"Bavariya" Çempionlar Liqasında rekord qırıb

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

Futbol
“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib

Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib

Futbol
"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

Futbol
“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb

“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib