Millimiz Belarusa məğlub oldu
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoxlama görüşünü keçirib.
QELEBE.AZ xəbər verir ki, U-16 komandamız Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qüvvəsini sınayıb.
Binə stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan - Belarus - 0:3
Qollar: Vladislav Vyarenik, 28; Kiril Şelest, 43; Matvey Zabavski, 90.

https://qelebe.az//uploads/photo/millimiz-belarusa-meglub-oldu.webp