"Barselona"nın futbolçuları zədələrini sağaldaraq kollektivə qoşulublar
İspaniyanın "Barselona" klubunun futbolçuları Alexandro Balde və Mark Kasado zədələrini sağaldaraq kollektivə qoşulublar.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Həkimlər hər iki futbolçunun mayın 11-də "Real"la matçda iştirak edə biləcəklərini açıqlayıb.
M.Kasado martda sağ dizindən, A.Balde isə apreldə sol budundan zədə almışdı.
Qeyd edək ki, La Liqanın XXXV turunda baş tutacaq "El-Klasiko" mayın 11-də Barselonada keçiriləcək.

https://qelebe.az//uploads/photo/barselonanin-futbolchulari-zedelerini-sagaldaraq-kollektive-qoshulublar.webp











