Təhlükəsiz idman üzrə sertifikat alan ilk azərbaycanlı məşqçi: “Layihənin məqsədi gəncləri və uşaqları qorumaqdır”

Təhlükəsiz idman üzrə sertifikat alan ilk azərbaycanlı məşqçi: “Layihənin məqsədi gəncləri və uşaqları qorumaqdır”

Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramı (ICECP) çərçivəsində təhlükəsiz idman (Safe Sport) üzrə sertifikat əldə edən ilk azərbaycanlı məşqçi Ayan Xankişiyeva uğuru haqqında təəssüratlarını bölüşüb.

Məşqçi “QELEBE.AZ”a açıqlamasında sözügedən proqramda iştirakını qiymətləndirib.

O, layihənin məqsədi barədə danışıb:

“Milli Olimpiya Komitəsinin dəstəyi ilə məşqçiliyin təkmilləşdirilməsi proqramında iştirak etmişəm və uğurla başa vurmuşam. Proqramda iştirak üçün seçilməyim böyük şərəf oldu. Ötən ilin aprelindən başlayan proqram bir il davam etdi. Bu müddət ərzində məşqçilik, idarəetmə metodları, psixoloji hazırlıqla bağlı bir çox dərslər keçdik. Layihə kimi təhlükəsiz idmanı (Safe Sport) seçmişdim. Həm nəzəri, həm də praktiki biliklər qazandım. Proqram yalnız öyrənməklə bitmədi. Həm də düşünməyə və bildiklərimizi öz ölkəmizdə tətbiq etməyə yönəldirdilər. 6 aylıq layihənin bütün əsas hissələrini Azərbaycanda keçirdim. Araşdırmalardan sonra məlumatları topladıq və bu mövzuda real ehtiyacları müəyyənləşdirdik. Layihənin məqsədi idman mühitində xüsusilə gəncləri və uşaqları qorumaqdır. Hazırda bu layihəni İdman Akademiyasının daxilində genişləndirməyi və davamlı şəkildə tətbiq etməyi planlaşdırıram”.

Mütəxəssis ABŞ-də beynəlxalq səviyyədə fəaliyyət göstərən təşkilatın iş prinsipləri ilə də tanış olub:

“ABŞ-də “USA Cycling” təşkilatında təcrübə keçmək imkanım oldu. Bu, mənə beynəlxalq səviyyədə fəaliyyət göstərən bir təşkilatın iş prinsiplərini öyrənməyə şərait yaratdı. Bundan əvvəl Avropada çalışmışdım. ABŞ və Avropada velosiped idmanı üzrə sistem tam başqadır. Hər iki sistemi təhlil etmək çox maraqlı idi. Nəhayət, ötən həftə Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi məzuniyyət mərasimi keçirildi. Diplomumu BOK-un prezidenti Tomas Baxdan almaq mənim üçün qürurverici idi və unudulmaz bir an oldu. Bu günə qədər bir neçə belə proqramda iştirak etmişəm. Amma ICECP tam fərqli təcrübə oldu. Bu proqram bilik, praktiki bacarıq, həm də beynəlxalq əməkdaşlıq baxımından mənə yeni baxış bucağı qazandırdı. Bu təcrübə mənim üçün məşqçi kimi böyük addım və idmana fayda vermək yönündə möhkəm baza oldu”.

Fərdi
Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi
Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Fərdi
"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib