Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İyunun 7-də keçiriləcək Latviya - Azərbaycan beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, biletlərin qiyməti 7-30 avro arasında dəyişir.
Matç Bakı vaxtilə saat 17:00-da başlanacaq. Baltikalılar "Skonto" klubunun ev matçlarını keçirdiyi stadionda reallaşacaq görüşdən 3 gün sonra DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Albaniya millisini qəbul edəcəklər.
Qeyd edək ki, yığmamız iyunun 10-da Bakıda Macarıstan futbolçuları ilə də yoldaşlıq duelində üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/latviya-azerbaycan-oyununun-biletleri-satisha-chixarilib.webp