Aqşin Mürsəlov: "Bizim üçün prioritet ev oyunlarımızı İmişli şəhər stadionunda keçirməkdir"

Aqşin Mürsəlov: "Bizim üçün prioritet ev oyunlarımızı İmişli şəhər stadionunda keçirməkdir"

Azərbaycan I Liqasında çıxış edən “İmişli” rəhbərliyi komandanın ev oyunlarını keçirdiyi şəhər stadionunun meydanının ot örtüyünün dəyişdirilməsi üçün yerli İcra Hakimiyyətindən və AFFA-dan cavab gözləyir.

Bunu “Report”a açıqlamasında Misli Premyer Liqasına vəsiqəni təmin edən bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Klub rəsmisi yeni mövsümdə də ev oyunlarını Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirmək niyyətində olduqlarını söyləyib:

“Bu barədə qəti fikir bildirmək hələ tezdir, bütün məsələlərə çempionat bitdikdən sonra aydınlıq gələcək. İstəyimiz odur ki, yeni mövsümdə də oyunlarımızı İmişlidə keçirək. Meydanın ot örtüyü yaxşı vəziyyətdə deyil. Bununla bağlı İmişli rayon İcra Hakimiyyətinə, AFFA-ya, Gənclər və İdman İdarəsinə müraciət etmişik və cavab gözləyirik”.

A.Mürsəlov zərurət yaranacağı təqdirdə Bakıda da oynaya biləcəklərini bildirib:

“Ot örtüyünün yenilənməsindən əlavə, stadionda görülməli digər işlər də var. İnfrastruktur Premyer Liqa səviyyəsinə uyğun olmalıdır. Müəyyən standartlara cavab verməlidir. Zərurət yaranarsa, Bakıda oynaya bilərik. Ancaq bizim üçün prioritet ev oyunlarımızı İmişli şəhər stadionunda keçirməkdir”.

Qeyd edək ki, "İmişli" Azərbaycan I Liqasında 24 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşıb.

Futbol
"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

Futbol
Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Futbol
FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

FIFA referisi: "Ozobiçə qırmızı vərəqə verilməli idi, rəqibin sağlamlığına məhəl qoymur"

Futbol
Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
Benzema Fransa millisindəki karyerasını başa vurub

Benzema Fransa millisindəki karyerasını başa vurub

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb