“Yuventus”un müdafiəçisi zədələnib
İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" ciddi itki ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, komandanın müdafiəçisi Andrea Kambyaso sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu A Seriyasının "Bolonya" ilə son oyununda (1:1) zədələnib.
Tibbi müayinədən sonra futbolçuya sol ayağının bud əzələsinin uzanması diaqnozu qoyulub.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisi ilə meydana çıxdığı 40 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/yuventusun-mudafiechisi-zedelenib.webp