“Siti” İngiltərə millisinin üzvünü istəyir
İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Siti" yayda heyətini gücləndirməyi planlaşdırır.
QELEBE.AZ xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"də çıxış edən Morqan Gibbs-Uaytı transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "Siti" ingiltərəli yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırıb.
Xatırladaq ki, "Nottingem Forest" Morqan Gibb-Uaytı 2022-ci ildə "Vulverhempton"dan transfer edib.
İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol, 9 assistlə yadda qalıb.

https://qelebe.az//uploads/photo/siti-ingiltere-millisinin-uzvunu-isteyir.webp