A Seriyası: Lider 3 xalı 1 qolla qazandı
İtaliya A Seriyasında XXXV turun qarşılaşmaları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Parma" öz meydanında "Komo" ilə üz-üzə gəlib.
Oyunun taleyini 1 qol həll edib. Qabriel Strefezzanın 79-cu dəqiqədə vurduğu qolla qonaqlar rəqibini məğlub etməyi bacarıb - 1:0.
Turun digər matçında isə lider "Napoli" səfərdə düşmə xəttinin 1 üst pilləsində dayanan "Leççe"ni minimal hesabla məğlub edib - 1:0.
İtaliya A Seriyası
XXXV tur
17:00. "Parma" - "Komo" - 0:1
17:00. "Kalyari" - "Udineze" - 1:2
20:00. "Leççe" - "Napoli" - 0:1

https://qelebe.az//uploads/photo/a-seriyasi-lider-3-xali-1-qolla-qazandi.webp