Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub

Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub

Gənclər arasında güllə atıcılığı üzrə Azərbaycan birinciliyi davam edir.

Apasport.az xəbər verir ki, yarışın növbəti mükafatları öz sahiblərini tapıb.

Qızlar kiçikçaplı tapançadan 25 m məsafəyə atəş açmaqda mübarizə aparıblar.

Snayperlərin yarışında Sofiya Barxalova hamıdan sərrast olub. Əminə Ömərova ikinci yeri tutub. İlk “üçlüy”ü Xalidə Əliyeva qapayıb.