Azərbaycan millisinin böyük məşqçisi "Prezident Kuboku-2025" turnirində nəticələrin yüksək olacağını gözləyirmiş

Azərbaycan millisinin böyük məşqçisi "Prezident Kuboku-2025" turnirində nəticələrin yüksək olacağını gözləyirmiş

Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov "Prezident Kuboku-2025" beynəlxalq reqatasındakı nəticələri dəyərləndirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

O, yarışa yaxşı hazırlaşdıqlarını vurğulayıb:

"Bunun nəticəsi olaraq turnirin ilk günündə idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı hesabımıza yazmağı bacardıq. Nəticələrin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə yarışda rəqiblərini üstələməyə çalışacaq".

Baş məşqçi uğurların davamını Avropa və dünya çempionatlarında gətirmək istədiklərini bildirib:

"Şübhəsiz ki, "Prezident Kuboku-2025" turnirində qazanacağımız nəticələr bizim üçün önəmlidir. Mingəçevirdəki reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar.

"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"