UEFA C kursu keçirilir
AFFA-nın təşkilatçılığı ilə Bakıda Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilir.
QELEBE.AZ xəbər verir ki, mayın 3-dək davam edəcək məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.
Kursun ikinci mərhələsi mayın 20-dən 23-dək, üçüncü modulu iyunun 3-dən 6-dək, dördüncü mərhələsi isə iyunun 23-dən 30-dək olacaq.

https://qelebe.az//uploads/photo/uefa-c-kursu-kechirilir.webp