Cüdoçularımızın rəqibləri müəyyənləşib

Cüdoçularımızın rəqibləri müəyyənləşib

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. 

QELEBE.AZ xəbər verir ki, mərasimdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Turnirdə ölkəmiz 6 çəki dərəcəsində 8 cüdoçu təmsil edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. 

Kişilər
60 kq
1/8 final

Balabəy Ağayev - Muhammad Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə

66 kq
1/8 final

Yaşar Nəcəfov - Exson Safarzoda (Tacikistan)

73 kq
1/8 final

Vüsal Qələndərzadə - Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə

81 kq
1/8 final

Süleyman Şükürov - Batsuqar Qansux (Monqolustan)

90 kq
1/8 final

Vüqar Talıbov - Nikoloz Davladze (Gürcüstan)
Elcan Hacıyev - Muzamir Karimzoda (Tacikistan)

+100 kq
1/8 final

Camal Qamzatxanov - Artyom Zolotuxin (IJF)
Kənan Nəsibov - Rahmatullo Mirzoyev (Tacikistan)