Ölkə birinciliyində komanda yarışları başa çatıb

Ölkə birinciliyində komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub. 

Apasport.az xəbər verir ki, "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər. 

Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 19 yaşadək qızlar arasında Sümqayıt-1 kollektivi birinci yeri tutub. Bakı-1 ikinci, Şabran və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.

19 yaşadək oğlanların yarışında baş mükafata Bakı-1 komandası layiq görülüb. Sumqayıt kollektivi ikinci, Şabran və Bakı-2 üçüncü yeri tutub.

U-15 yaş dərəcəsində qızların mübarizəsi Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Bakı-1 ikinci, Sumqayıt-2 və Sumqayıt-3 üçüncü pillədə yer alıb.

15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. Bakı-1 ikinci, Sumqayıt-1 və Sumqayıt-2 komandası üçüncü yeri tutub.