Yamal “100”ə çatdı
Lamin Yamal "Barselona"nın heyətində 100-cü oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, bu, Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə matçına (3:3) təsadüf edib.
Oyun başa çatdıqdan sonra Yamala 100 nömrəli forma hədiyyə olunub.
Qeyd edək ki, gənc ulduz Kataloniya klubunda 2023-cü ilin aprelində debüt edib.

https://qelebe.az//uploads/photo/yamal-100e-chatdi.webp