"Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı keçirilib

"Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, tədbir Mingəçevirdə gerçəkləşib.

Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan olan avarçəkənlər qatılıblar.

Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, aprelin 30-da Qarabağın dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələr üzrə mübarizə aparacaqlar.

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası yaponiyalı pilotun müqaviləsini uzadıb

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib