Təmsilçilərimiz “Çempionların savaşı”nda öndə

Təmsilçilərimiz “Çempionların savaşı”nda öndə

Bu gün Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə start verilib.

QELEBE.AZ xəbər verir ki, yarışın qalibləri rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Rapiddə 3 tur arxada qalıb. Kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşır. Qrossmeystimiz 2:1 hesabı ilə önə keçib.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparır. Günay hesabda 2:1 üstünlüyə yiyələnib.

Qeyd edək ki, rapiddə sabah daha 3 tur keçiriləcək. Aprelin 30-da isə 10 turdan ibarət blits turniri təşkil olunacaq.