“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsindən sonra turnirin tanıtım videoçarxı təqdim olunub.

Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb:

"Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Bütün yaş kateqoriyalarında təmsilçilərimizin uğurları ilə fəxr edirik. Şahmat dövlətin qayğısı altındadır. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

AŞF rəhbəri bölgələrdən olan şahmatçıların da beynəlxalq turnirlərə qatıldığını söyləyib:

"Hamıya ədalətli oyun, maraqlı partiyalar arzulayıram. Güclü qalib gəlsin".

Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.

Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə daxildir.

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
"Ocaq Sport" klubunun məşqçisi: "Gimnastlarımızla fəxr edirik"

"Ocaq Sport" klubunun məşqçisi: "Gimnastlarımızla fəxr edirik"

Fərdi
Beynəlxalq Boks Assosiasiyası: "IOC-un sanksiyaları idmançılara qarşı hücumdur"

Beynəlxalq Boks Assosiasiyası: "IOC-un sanksiyaları idmançılara qarşı hücumdur"

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib

Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib

Fərdi
Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək