"Şəki"nin baş məşqçisi: "Fiziki yorğunluq səbəbindən zəif çıxış etdik"

"Şəki"nin baş məşqçisi: "Fiziki yorğunluq səbəbindən zəif çıxış etdik"

“Şəki”nin oyunçuları fiziki yorğunluq səbəbindən Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin "Sabah"a qarşı ilk görüşündə zəif çıxış edib.

“QELEBE.AZ” xəbər verir ki, bunu bölgə təmsilçisinin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbə üçün güclərinin yetmədiyini söyləyib:

“Bugünkü mübarizəyə görə komandama təşəkkür, “Sabah”ı isə təbrik edirəm. Rəqibin avrokuboklar üçün qurulmuş heyəti var. Əslində oyuna yaxşı başlaya, planladığımız kimi müdafiə oluna bilmədik. Fiziki yorğunluqdan dolayı bir az zəif çıxış etdik. Amma ikinci hissədə oyunu bir az bərabərləşdirməyə çalışdıq. Sadəcə, qələbə üçün gücümüz yetmədi. A qrupunun MVP-si seçilmiş Hassani Qravet az xal topladı. Çünki ona qarşı necə oynamalı olduğumuzu bilirdik. Ancaq onu dayandırmağımıza baxmayaraq, digər oyunçu Ceyms İds 24 xal qazandı”.

O, cavab matçında azarkeşlərə sürpriz söz verib:

“Azarkeşlərə Şəkidəki cavab matçında sürpriz edəcəyimizi söz verə bilərik. Çünki bu mövsüm öz meydanımızda cəmi 1 məğlubiyyət almışıq. Vacib matçların hamısında qalib gəlmişik. Əminəm ki, yenə Şəkidə qələbə qazanacağıq”.

Qeyd edək ki, “Sabah” - “Şəki” matçı Bakı klubunun 86:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”