"Şamaxı" bir neçə azyaşlı futbolçunu vuran məşqçi ilə bağlı araşdırmalara başlayıb

"Şamaxı" bir neçə azyaşlı futbolçunu vuran məşqçi ilə bağlı araşdırmalara başlayıb

"Şamaxı" klubu U-15 komandasının məşqçisi Vüqar Süleymanovun "Metak"la matçda meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu vurması ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov məlumat verib.

O, hazırda araşdırmanın davam etdiyini bildirib:

"Oyun iki gün əvvəl olub. AFFA İntizam Komitəsinin qərarı isə dünən çıxıb. Qərar çıxan kimi klub daxilində araşdırmalar başlayıb. Bitdikdən sonra ictimaiyyətə məlumat verə bilərik. Məsələ klub rəhbərliyinin nəzarəti altındadır".

Qeyd edək ki, aprelin 22-də keçirilən görüşdə “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı, məşqçinin hərəkətinə görə komanda növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq.

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Futbol
FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

Futbol
Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Futbol
"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

Futbol
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib