"Şəki"nin baş məşqçisi "Gəncə" üzərində qələbəni şərh edib

"Şəki"nin baş məşqçisi "Gəncə" üzərində qələbəni şərh edib

“Şəki”nin baş məqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Gəncə” üzərində qazandıqları qələbəni şərh edib.

“QELEBE.AZ” xəbər verir ki, mütəxəssis komandası ilə qürur duyduğunu vurğulayıb.

“Şəki”nin pəri nağılı davam edir. Uşaqlar hər şeyi haqq edirlər. Komandamla qürur duyuram. ”Gəncə”ni də gözəl oyuna görə təbrik edirəm. Bu rəqiblə 7 matç keçirib, 4-də qalib gəldik. Bu matçda texniki cəhətdən zəif oynaya bilərik. Amma oyunda heç vaxt qələbədən vaz keçməyən komandamız var idi. Biz komandanı bu fəlsəfə ilə qurmuşuq. “Şəki” növbəti mövsüm A qrupunda oynamaq hüququ əldə edib. Yarımfinaldakı rəqibimiz “Sabah” Çempionlar Liqası üçün qurulmuş heyətə malikdir. Həmçinin bu mövsüm Avropa Kubokunda oynamış bir komandadır. Səviyyə fərqi eyni olmasa da, mübarizəyə eyni şəkildə davam edəcəyik. Bəlkə sürpriz edə bilərik. Hamıya zövqlü bir matç izlətdirmək istəyirik. Oyunçularım hörməti haqq edir. Hər şey onların əsəridir”, - deyə B.Meriç söyləyib.

Qeyd edək ki, “Şəki” pley-off mərhələsində üç oyunun nəticəsinə (2:1) əsasən “Gəncə”ni məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bölgə təmsilçisi bu mərhələdə “Sabah”la üz-üzə gələcək.

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub