A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb

A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb

Xəbər verdiyimiz kimi, Roma Papası Fransisin ölümü ilə əlaqədar A Seriyasında 33-cü turdan 4 görüş təxirə salınıb.

QELEBE.AZ xəbər verir ki, liqanın mətbuat xidmətinin yaydığı məlumata görə, matçlar 23 aprel tarixinə ertələnib.

Bütün qarşılaşmalar saat 19:30-da başlayacaq.

Qeyd edək ki, söhbət "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" matçlarından gedir.