İngiltərə Premyer Liqası: “Tottenhem” bu mövsüm 18-ci dəfə məğlub olub

İngiltərə Premyer Liqası: “Tottenhem” bu mövsüm 18-ci dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 33-cü turunda “Tottenhem” Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nottinhem Forest”i qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, “Tottenhem Hotspur Stedium”da baş tutmuş oyunu baş hakim Piter Benks idarə edib.

Matçda hesab erkən açılıb: 5-ci dəqiqədə “meşəçilər”in yarımmüdafiəçisi Elliot Anderson ev sahiblərini məyus edib. 16-cı dəqiqədə qonaqlar tablodakı üstünlüyü artırıblar: hücumçu Kris Vud qapıçı Qulyelmo Vikarionu məyus edib. Angelos Postekoqlunun yetirmələrinin gücü isə ancaq bir qola çatıb: 87-ci dəqiqədə braziliyalı forvard Rişarlison qollardan birinin əvəzini çıxıb və yekun hesabı müəyyənləşdirib.

Beləliklə, 33 oyundan sonra 16-cı pillədə qərarlaşan paytaxt təmsilçisinin cəmi 37 xalı var. Bu, “mahmızlar”ın 18-ci məğlubiyyəti olub. Sonuncu dəfə onlar 2003/2004 mövsümündə bu qədər uduzmuşdular. O zaman “Tottenhem” mövsümü 19 məğlubiyyətlə başa vurmuşdu. Şimali London klubunu “Liverpul”, “Kristal Pelas”, “Aston Villa” və “Brayton” qarşı oyunlar gözləyir. Bundan başqa, “mahmızlar” mayın 1-də Norveçin “Budö-Qlimt”i ilə Avropa Liqasının yarımfinalında görüşəcəklər.

33 oyundan sonra 60 xala malik “Nottinhem Forest” isə üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandanın ən yaxın təqibçiləri “Nyukasl” (59 xal), “Mançester Siti” (58), “Çelsi” (57) və Aston Villa”dır (57). Eyni zamanda, Nunu Santunun yetirmələrini “Arsenal”dan 6 xal ayırır. “Meşəçilər” son 5 oyunda “Brentford”, “Kristal Pelas”, “Lester”, “Vest Hem” və “Çelsi” ilə üzləşəcək. Bundan başqa, onlar aprelin 27-də Pep Qvardiolanın komandası ilə İngiltərə Kubokunun yarımfinal matçında qarşılaşacaqlar.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının vahid lideri Arne Slotun “Liverpul”udur (79). “Topçular”ı 13 xal fərqlə arxasında qoyan “qırmızılar” növbəti turu üç xalla başa vurarsa, 20-ci çempionluqlarını rəsmən elan edəcəklər.

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
“Real”ın prezidenti əməliyyat olunub

“Real”ın prezidenti əməliyyat olunub

Futbol
İspaniya məhkəməsi Neymara bəraət verib

İspaniya məhkəməsi Neymara bəraət verib

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
Riberi karyerasını bitirib

Riberi karyerasını bitirib

Futbol
Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Futbol
PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

Futbol
Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ev oyunlarına ən çox tamaşaçı toplayan komandalar - ARAŞDIRMA