ABL: “Neftçi” və "Sabah" pley-off matçına çıxır
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir. Bu gün daha iki qarşılaşma keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, günün ilk oyununda “Sərhədçi” “Sabah”la üz-üzə gələcək. Qarşılaşma Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Komandalar arasında baş tutmuş ilk matçda “Sabah” rəqibini 90:64 hesabı ilə məğlub etmişdi.
Günün digər qarşılaşması Bakı İdman Sarayında keçiriləcək. Burada “Neftçi” və “Ordu” komandaları üz-üzə gələcək.
Seriyanın ilk matçında “Neftçi” 93:84 hesabı ilə qalib gəlib.
Hər iki oyun saat 19:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/abl-neftchi-ve-quotsabahquot-pley-off-matchina-chixir.webp