“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.
"Report" xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.
“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.
“Araz-Naxçıvan” 100-cü qola 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.
Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.

https://qelebe.az//uploads/photo/araz-naxchivan-azerbaycan-chempionatlarinda-100-cu-qolunu-vurub.webp











