“Qalatasaray”dan növbəti qələbə - FƏRQ YENİDƏN 6 XALA YÜKSƏLDİ
Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün lider “Qalatasaray” meydana çıxıb.
Komanda “Bodrumspor”la qarşılaşıb. Görüşə “sarı-qırmızılılar” fəal başlayıblar.
İlk hissədə Lukas Torreyra fərqlənib. İkinci yarıda “Cimbom” daha bir qol vurub. Davinson Sançez komandasına qələbə qazandırıb - 2:0.
Bununla da, “Qalatasaray” “Fənərbaxça” ilə xal fərqini 6-ya yüksəldib.

https://qelebe.az//uploads/photo/qalatasaraydan-novbeti-qelebe-ferq-yeniden-6-xala-yukseldi.webp