"Karvan"dan bərabərlik, "Qəbələ" səfərdə uduzur - YENİLƏNİR

"Karvan"dan bərabərlik, "Qəbələ" səfərdə uduzur - YENİLƏNİR

Bu gün Birinci Liqada XXII turun oyunlarına yekun vurulacaq. 

QELEBE.AZ xəbər verir ki, günün ilk oyunu paytaxtda keçirilib.

MOİK Binə qəsəbə stadionunda "Karvan"ı qəbul edib. Matç saat 16:00-da start götürüb.

Görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Növbəti qarşılaşma isə İmişli şəhər stadionunda baş tutur. "İmişli" evdə "Qəbələ" ilə üz-üzə gəlir. Qonaqlar hazırda davam edən matçda 0:1 hesabı ilə uduzurlar.

Birinci Liqa

XXII tur

17 aprel (cümə axşamı)

16:00. MOİK - "Karvan" 1:1

16:30. "İmişli" - "Qəbələ" 1:0