Roi Kehat daha 2 il “Sumqayıt”da - RƏSMİ
Misli Premyer Liqası təmsilçilərindən "Sumqayıt" yeni mövsüm üçün hazırlıqlarına start verib.
QELEBE.AZ xəbər verir ki, komanda yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023/24 mövsümündən "Sumqayıt"da çıxış edən Roi Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb. İsrailli yarımmüdafiəçi bu matçlarda 12 qol və 4 qolun ötürməsi ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/roi-kehat-daha-2-il-sumqayitda-resmi.webp