Gündoğan 1 il daha "Siti"də
"Mançester Siti" yarımmüdafiəçisi İlkay Gündoğanla müqavilə müddətini 1 il uzadıb.
QELEBE.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "şəhərlilər" türk əsilli futbolçunun sözləşməsinin 1 illik uzatma bəndindən isitifadə edəcək.
34 yaşlı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Komandanın baş məşqçisi Pep Qvardiola mətbuat konfransında məsələ ilə bağlı bunları söyləyib: "Nə olacağını bilmirəm, amma indi onun daha bir illik müqaviləsi var".
Xatırladaq ki, İlkay Gündoğan ötən yay “Barselona”dan “Mançester Siti”yə qayıtmışdı.

https://qelebe.az//uploads/photo/gundogan-1-il-daha-quotsitiquotde.webp