Muradlı 4-cü qələbəsini qazandı
Məhəmməd Muradlı İslandiyanın paytaxtında keçirilən "Reykjavik Open" turnirində liderliyini möhkəmləndirib.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı qara fiqurlarla türkiyəli Eray Kılıça qalib gələrək ardıcıl 4-cü qələbəsini qazanıb.
Muradlının dörd xalı var və əlavə göstəricilərə görə Abhijeet Guptanı (Hindistan) qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.
Doqquzuncu yerdə olan Eltac Səfərli isə ondan yarım xal geri qalır.

https://qelebe.az//uploads/photo/muradli-4-cu-qelebesini-qazandi.webp