AFFA rəsmisi FIFA-nın sammitində iştirak edir
AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeyro şəhərində keçirilən FIFA Komplayens Sammitində iştirak edir.
QELEBE.AZ xəbər verir ki, tədbirdə FIFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.
Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi apararaq AFFA-nı bu sahədə təmsil edir.

https://qelebe.az//uploads/photo/affa-resmisi-fifa-nin-sammitinde-ishtirak-edir.webp