"Neftçi"nin legioneri: "Samir Abasov heç bir bəhanə istəmirdi"

"Neftçi"nin legioneri: "Samir Abasov heç bir bəhanə istəmirdi"

Samir Abasov bizə inanırdı və heç bir bəhanə istəmirdi.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Neftçi"nin futbolçusu Edvin Kuç deyib.

Monteneqrolu yarımmüdafiəçi Misli Premyer Liqasının XXIX turunda "Şamaxı"nı məğlub etdikləri oyun barədə danışıb:

"Bu görüş bizim üçün çox vacib idi. Qələbə qazanmalı idik və bunu bacardıq. Şamaxıya yollanarkən hamı bir nəfər kimi qalibiyyətə köklənmişdi. Baş məşqçi Samir Abasov bizə çox inanırdı və heç bir bəhanə istəmirdi. Çətin səfərdən qələbə ilə döndüyümüz üçün çox xoşbəxtik".

O, komandada zədəli futbolçuların sayının çox olduğunu xatırladıb:

"Mövsümün əvvəlindən bu yana zədələr başımıza bəla olub. İnanmıram ki, hansısa klubda bu qədər zədəli futbolçu olsun. Komandadakı çatışmazlıqlara baxmayaraq, "Şamaxı" ilə matçda keyfiyyətli və xarakterli oyun sərgiləməyi bacardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq".

Qeyd edək ki, "Şamaxı" - "Neftçi" qarşılaşması "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisi 35 xalla altıncı sırada qərarlaşıb.

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

Futbol
"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futbol
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

Futbol
Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Futbol
"Mançester Yunayted"in baş məşqçisi futbolçunu əsas komandadan kənarlaşdırıb

"Mançester Yunayted"in baş məşqçisi futbolçunu əsas komandadan kənarlaşdırıb