Millimizin üzvü oynadı, komandası məğlub oldu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Albaniya çempionatında məğlubiyyət acısı yaşayıb.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" 33-cü turda öz meydanında uduzub.

Zamiqin komandası "Elbasani"yə 1:2 hesabı ilə məğlub olub. Start heyətində yer alan Əliyev birinci hissədə sarı vərəqə ilə cəzalanıb. Meydan sahibləri 6 oyundan sonra xalsız qalıb. 

Qeyd edək ki, lider mövqeyində qərarlaşan "Eqnatiya" yaxın rəqiblərinin xal itirməsindən istifadə edə bilməyib. Onlar 58 xalla "Dinamo"nu 3 xalla qabaqlayırlar.