"Beşiktaş"lı futbolçu son 2 oyunda 2 qırmızı kart alıb
Türkiyə Super Liqasında XXX turun görüşləri davam edir.
QELEBE.AZ xəbər verir ki, "Kasımpaşa" öz meydanında "Beşiktaş" ilə qarşılaşır.
"Qara qartallar"ın heyətində Tayyip Talha Sanuç 44-cü dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Xatırladaq ki, türkiyəli oyunçu daha əvvəl, "Göztəpə" ilə oynanılan kubok matçında (1:3) qırmızı vərəqə ilə cəzalandırılmışdı.
Qeyd edək ki, hazırda davam edən görüş 1:1 hesablı heç-heçə olaraq davam edir.

https://qelebe.az//uploads/photo/quotbeshiktashquotli-futbolchu-son-2-oyunda-2-qirmizi-kart-alib.webp