Vitali Borisov: “İsveç səfərindən 3 xalla dönmək istəyirik”

Vitali Borisov: “İsveç səfərindən 3 xalla dönmək istəyirik”

İsveç səfərindən 3 xalla dönmək istəyirik.

"Report" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis yığmanın Avropa çempionatının seçmə mərhələsində səfərdə İsveçə, Bakıda Xorvatiyaya qarşı keçirəcəkləri matçlara toxunub:

“Komanda dünən təlim-məşq toplanışına başlayıb. Günü iki məşqlə başa vurduq. Bu gün də eyni qrafiklə - 2 məşqlə davam edəcəyik. Sabah isə Bakıda son məşqimizi keçib gecəyarı səfərə yollanacağıq. Heyətlə bağlı problemlər var. Ülvi Əliyevin adını zədəli olduğuna görə, ümumiyyətlə, siyahıya daxil etmədik. Daha sonra “Baku Fire”nin üzvləri - qapıçı Kamran Hacıyev və hücumçu Nihad İsmayılov yüngül zədələrinin və ağrılarının olduğunu bildirdi. Biz də onlara müalicə üçün şərait yaratdıq. Rövşən Hüseynli isə intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb. Əvəzində “Neftçi” İK-dan qapıçı Vladislav Reznov və “Şuşa”nın təcrübəli hücumçusu Rüstəm Bağırov komandanın düşərgəsindədir. Fiziki yükləmələr fonunda taktiki çalışmalara da yer veririk. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Seçmə mərhələdə son səfər oyunumuzdur. İstəyirik ilk qələbəmizi qazanaq. Oyunçular istəklidirlər".

Baş məşqçi İsveçlə oyunun keçiriləcəyi məkanın örtüyünün terafleks olmasının çətinlik yaradacağını vurğulayıb:

"Rəqibin son iki oyununu izləmişik. Bizim üçün zədələrlə paralel oyunun keçiriləcəyi məkanın örtüyünün terafleks olması da çətinlik yaradacaq. Biz adətən parketdə oynayırıq. Terafleksdə oynamaq fərqlidir – top parketdəki kimi sürətli hərəkət etmir. Üstəlik, bu örtükdə, demək olar ki, son 8 ildir oynamırlar. Qrupdan çıxmaq şansımız olmasa da, reytinq xalımızı artırmaq üçün səfərdən mütləq 3 xalla dönmək istəyirik”.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.

Futbol
Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib

"Qarabağ"ın rəqibi heç-heçə edib

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

Futbol
Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Futbol
"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

Futbol
Premyer Liqa: Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının hakimləri bəlli olub

Premyer Liqa: Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının hakimləri bəlli olub

Futbol
Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Futbol
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

Futbol
Messi karyerasında 1000-ci oyununa çıxıb

Messi karyerasında 1000-ci oyununa çıxıb