“Milan”ın qələbə həsrəti 3 matça yüksəlib
İtaliya A Seriyasında XXXI turun görüşləri davam edir.
QELEBE.AZ xəbər verir ki, gecənin son matçı Milanda baş tutub.
Şəhərin eyniadlı komandası öz meydanında "Fiorentina" ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. 2:2 hesablı heç-heçə ilə yekunlaşan görüşdə qalib müəyyənləşməyib.
Bu nəticə ilə "rossonyerilər"in qalibiyyət həsrəti 3 matça yüksəlib.
İtaliya A Seriyası
XXXI tur
23:00. “Milan” - “Fiorentina” - 2:2

https://qelebe.az//uploads/photo/milanin-qelebe-hesreti-3-matcha-yukselib.webp