"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Dalğa Arena"dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb. 10 dəqiqə sonra "qartallar"dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

3 oyunluq qələbə həsrətinə son qoyan "Zirə" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"ə, "Turan Tovuz" "Şamaxı"ya 1:0, "Neftçi" "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Səbail" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq"

"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq"

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
Çempionlar Liqası: "Milan"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

Çempionlar Liqası: "Milan"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

Futbol
PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

Futbol
"Liverpul" Qakponu transfer edib

"Liverpul" Qakponu transfer edib