“Nyukasl”da yeni müqavilə

“Nyukasl”da yeni müqavilə

İngiltərə Premyer Liqası təmsilçilərindən “Nyukasl Yunayted” müdafiəçi Fabian Şör ilə yeni müqavilə imzalayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçrəli futbolçuyla 2026-cı ilin iyun ayına qədər razılaşma əldə olunub.

Xatırladaq ki, Şör 2018-ci ilin yayında “Deportivo”dan "Nyukasl"a transfer olunub.

Qeyd edək ki, 33 yaşlı futbolçu bu mövsüm Premyer Liqa komandasının heyətində 33 matçda meydana çıxıb və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.