"İnter Mayami" Çempionlar Kuboku oyununda məğlub olub
KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “İnter Mayami” səfərdə Los Anceleslə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, Lionel Messinin komandası 0:1 hesablı məğlubiyyətlə üzləşib. Messi və Suarez komandasına kömək edə bilməyib.
Matçın yeganə qolunu hücumçu Natan Ordaz vurub.
Qeyd edək ki, “İnter” və “Los Anceles” komandaları arasında cavab oyunu aprelin 10-da Mayamidə keçiriləcək.

https://qelebe.az//uploads/photo/quotinter-mayamiquot-chempionlar-kuboku-oyununda-meglub-olub.webp