Mahir Emreli: "Bundesliqaya vəsiqə qazansaq, "Nürnberq"lə müqaviləmin müddəti uzadılacaq" - MÜSAHİBƏ

Mahir Emreli: "Bundesliqaya vəsiqə qazansaq, "Nürnberq"lə müqaviləmin müddəti uzadılacaq" - MÜSAHİBƏ

Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli "QELEBE.AZ"un suallarını cavablandırıb.

27 yaşlı hücumçu yığmanın yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzduğu oyunlar barədə fikirlərini bölüşüb. Forvard II Bundesliqa təmsilçisindəki durumu və karyerası ilə bağlı hədəflərindən də söz açıb.

- Milli komanda yoldaşlıq oyunlarında müsbət nəticən qazana bilmədi. Sizcə, məğlubiyyətlərə əsas səbəb nə oldu?
- Uduzmağımızın səbəblərini fərdi səhvlərdə görürəm. Ümumi baxsaq, hər iki matçda yetərincə qol imkanlarımız oldu, dəyərləndirə bilmədik. Onlardan faydalana bilsəydik, fərqli oyunlar görmək olardı. Düşünürəm ki, milli səviyyədə əlinə düşən epizodları dəyərləndirsən, daha yaxşı olar. Çünki buradakı səhvlər heç vaxt bağışlanmır. Məncə, fərdi səhvlərdən çox qol buraxdıq. Bunun üzərinə düşməli, çalışmalı və səhvləri aradan qaldırmalıyıq.

- Azarkeşlər və futbol ictimaiyyəti bəzi milli üzvlərinin meydanda can qoymadığını, döyüşkən olmadığını fikirləşirlər. Siz necə düşünürsünüz?
- Mən bu fikirlə razı deyiləm. Oyunçularımız can qoyurlar. Sadəcə, bəzi məqamlarda keyfiyyət öz sözünü deyir. Deyə bilmərəm ki, Zamiq Əliyev Belarusla qarşılaşmada meydanda can qoymamışdı. Ən çox can qoyanlardan biri də o idi. Amma adi vəziyyətdə istəməyərək səhvlər etdi. Bu, istəmədən olan səhvlərdir. Görüşlərdə bir neçə dəfə belə səhvlər edirik. Bunu döyüşkənlik, milli ruh və başqa səbəblər ilə bağlamaq istəmirəm. Futbolçularımızın hər biri vətənpərvər, ölkəsini sevən insanlardır.

- Ötən il UEFA Millətlər Liqasında, bu il isə yoldaşlıq matçlarında nəticələr ürəkaçan olmadı. DÇ-2026-nın seçmə mərhələsində Fransa, Ukrayna və İslandiyaya qarşı şanslarımızı necə görürsünüz?
- Burada nəyisə uydurmağa ehtiyac görmürəm. Rəqiblərimizin adları, futbolçularının keyfiyyəti, onların hansı klublarda çıxış etdikləri bəllidir. Bu cür matçlarda yaxşı nəticə qazanmaq istəyiriksə, minimum səhv etməliyik. Çox intizamlı və diqqətli olmalısan. Tam olaraq köklənmək üçün bu cür oyunlarla yatıb durmalısan, gecə-gündüz bu matçı düşünməlisən. Oyunların və nəticələrin necə olacağını hər birimiz görəcəyik.

- "Nürnberq"dəki karyeranızla bağlı danışmağınızı da istərdik. Komandaya yeni qoşulanda zədəni sağaldandan sonra sizi heyətdə daha çox görürdük. Sonra nələr yaşandı?
- "Nürnberq"də işlərim normaldır. Az oynamağımın mənimlə əlaqəsi yoxdur. Hamımız peşəkar insanlarıq. Futbolçu kimi çalışıram ki, üzərimə düşən öhdəlikləri yerinə yetirim. Burada mənim edə biləcəyim başqa heç nə yoxdur. "Darmştadt"la matçda 90 dəqiqə oynayıb, ondan sonra "18-lik"də olmamağımı izah edə bilmərəm. Düşünürəm ki, bunlara siz qiymət verməlisiniz. Ümumiyyətlə, bu barədə çox danışmaq niyyətində deyiləm. "Nürnberq" yaxşı klubdur, möhtəşəm azarkeşləri var, II Bundesliqada olmasına baxmayaraq, fanatlar gözəl ab-hava yaradırlar. Düşünürəm ki, bu azarkeşlər daha artığına layiqdirlər.

- Cənubi Koreyanın "Seul" klubu qış transfer dönəmində sizi heyətə cəlb etmək istədi. Bu keçid niyə alınmadı?
- Çünki mən istəmədim. İlk olaraq məni düşündürən məqamlar oldu. Tam olaraq başa düşdüm ki, istəmirəm. Bunun üçün bəzi risklərə getdim. Məsələn, bu gün yaşadıqlarım kimi. Amma öz növbəmdə sakitliyimi qorumağa və işimə köklənməyə çalışıram. Növbəti matçlarda komandam üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm.

- Mövsümün sonunda II Bundesliqa təmsilçisi ilə müqavilənizin müddəti başa çatır. Komandada qalmağı düşünürsünüz? Sizə yeni müqavilə təklif olunub?
- Bundesliqaya vəsiqə qazanacağımız təqdirdə sözləşmənin müddəti uzadılacaq. Amma elitaya vəsiqə əldə edə bilməsək, qalmaya bilərəm. Hazırkı durum bunu göstərir.

- "Nürnberq"dən ayrılsanız belə, yəqin ki, Azərbaycana qayıtmağı planlaşdırmırsınız?
- Klubdan ayrılıb-ayrılmayacağımı bilmirik. Bu barədə düşünmürük. Hələlik plan qurmamışıq. Kim məni komandasında daha çox görmək istəyirsə, doğru addım nədirsə, mənim üçün nə xeyirlidirsə, onu da edəcəyik. Agentlərim və ailəmlə müzakirə edəcəyik.

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Futbol
Xorvatiya böyük hesabla qələbə qazanıb

Xorvatiya böyük hesabla qələbə qazanıb

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

Futbol
Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

Futbol
Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək