"Neftçi" NTD ilə bacarmadı

"Neftçi" NTD ilə bacarmadı

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda final cütləri bəlli olacaq. 

Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə qarşılaşıb. 

NTD rəqibini 88:83 hesabı ilə üstələyib.

Saat 19:00-da isə "Naxçıvan" "Gəncə" ilə üz-üzə gələcək. 

Qeyd edək ki, ötən mövsüm "Neftçi" kubokun sahibi olub.