Mirzəyev itkisiz irəliləyir

Mirzəyev itkisiz irəliləyir

Azərbaycan şahmatçısı Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən "SixDays Budapest March 2025" turnirində çıxış edir.

Apasport.az xəbər verir ki, o, qrossmeysterlərin B yarışında beş turdan sonra iki qələbə, üç heç-heçə ilə yoluna davam edir.

Mirzəyev 3,5 xalla hindistanlı Krişna ilə birlikdə liderlik edir.

Dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı mübarizə aparır.