Gənc cüdoçularımız beynəlxalq təlim-məşq toplanışına qatılıblar
Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının 15 üzvü Almaniyanın Bremen şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
QELEBE.AZ xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Toplanış qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, martın 24-də startı verilən hazırlıq prosesi 26-na qədər davam edəcək.

https://qelebe.az//uploads/photo/genc-cudochularimiz-beynelxalq-telim-meshq-toplanishina-qatiliblar.webp