U-19 Qəbələdə ikinci yoxlama görüşünə çıxacaq
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.
QELEBE.AZ xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.

https://qelebe.az//uploads/photo/u-19-qebelede-ikinci-yoxlama-gorushune-chixacaq.webp